Yuxarı

Vuçiç onları danışıqlara dəvət etdi: Narazısınızsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vuçiç onları danışıqlara dəvət etdi: Narazısınızsa...

Serbiya Prezidenti Aleksandr Vuçiç bir neçə vaxtdır ölkədə keçirilən aksiyaların iştirakçılarını danışıqlara dəvət edib.

Axar.az xəbər verir ki, Aleksandr Vuçiç Belqrad Universitetinin rektorlar kollegiyasını fevralın 5-də görüş keçirməyə çağırıb.

“Tələbələr və professorlar bəzi tələblərin yerinə yetirilmədiyi və ya tam təmin edilmədiyi qənaətindədirlərsə, mövcud vəziyyətdən çıxmaq üçün əhəmiyyət kəsb edə biləcək bütün digər məsələlər kimi, bununla bağlı da dialoq zəruridir”, - Vuçiç vurğulayıb.

Qeyd edək ki, ötən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryol vağzalında 15 nəfərin ölümü, 2 nəfərin ağır yaralanması ilə nəticələnən qəzadan sonra ölkədə gərginlik artıb. Son bir neçə gündür minlərlə insan həm paytaxt Belqradda, həm də ölkənin ikinci böyük şəhəri olan Novı Sadda etiraz aksiyası keçirir. Əsasən tələbələrdən ibarət olan nümayişçilər şəhərdən keçən Dunay çayı üzərindəki körpüləri bağlayıb, şəhər meydanına toplaşıblar.

Aleksandr Vuçiç ötən günlərdə etirazçıların bütün tələbələrini yerinə yetirib, o cümlədən Belqraddakı aksiya zamanı saxlanılan 13 nəfərin əfv olunması barədə qərar qəbul edib.

Tarix
2025.02.03 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla