Yuxarı

"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir

Stokholm şəhərindəki "İmam Əli İslam Mərkəzi" İran kəşfiyyatının İsveç və xaricdə yaşayan iranlılara qarşı casus mərkəzi olub.

Axar.az xəbər verir ki, bunu İsveçin sosial işlər naziri Yakob Forsmed özünün X hesabında yazıb.

O, İrana bağlı mərkəzin İsveçin milli təhlükəsizliyinə ciddi təhdid olduğunu və bu səbəbdən də hökumətin bura bütün yardımları dayandırdığını bildirib:

"Hökumət vəsaitləri təməl demokratik dəyərlərə zidd olan fəaliyyətlər üçün istifadə edilməməlidir", - nazir əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl İranın Stokholmdakı "İmam Əli İslam Mərkəzi"nin başçısı, 63 yaşlı iranlı molla Möhsün Həkimullahi həbs edilib və yaxın günlərdə İsveçdən deportasiya olunacaq.

Tarix
2025.02.04 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla