Yuxarı

Trampın ticarət müharibəsi: London geri çəkilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın ticarət müharibəsi: London geri çəkilir

Britaniya rəhbərliyi ABŞ qazı və silahlarının idxalını artırmaqla Donald Trampın tətbiq etdiyi tariflərdən yayınmağa ümid edir.

Axar.az xəbər verir ki, bnu barədə “Politiko” nəşri mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, krallığın hakimiyyət orqanları Trampın başlaya biləcəyi qlobal ticarət müharibəsindən qaçmaq niyyətindədir:

“Trampın AB-yə idxal rüsumları tətbiq etmək hədəsi fonunda London bir neçə aydır ki, eyni zərbədən necə qaçmaq barədə düşünür. Britaniya hakimiyyətinin müzakirə etdiyi variantlardan biri də ABŞ-dan qaz və silah idxalının həcminin artırılmasıdır”.

Britaniyanın keçmiş energetika naziri Kvazi Kvartenq vəziyyəti şərh edərk qeyd edib ki, Şimal dənizində hasilat azaldığı üçün haradansa qaz alınmalıdır. Onun sözlərinə görə, Britaniya sahillərində qaz ehtiyatları azaldığından, alternativlərin olmaması səbəbindən ABŞ-dan enerji idxalında artım təbii olacaq.

Tarix
2025.02.04 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla