Yuxarı

Ukraynadakı səfirliyimizdən azərbaycanlılara çağırış

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadakı səfirliyimizdən azərbaycanlılara çağırış

Azərbaycanın Ukraynadakı səfirliyinə Kiyevdəki qarşıdurmalarda Azərbaycan vətəndaşlarının zərər çəkməsi barədə məlumat daxil olmayıb.

Bu barədə çərşənbə günü Trend-ə səfirliyin birinci katibi Asim Osmanov məlumat verib.

Diplomat qeyd edib ki, hazırda Azərbaycanın diplomatik missiyasına nə rəsmi strukturlardan, nə də həmvətənlərimizdən zərər çəkmiş vətəndaşlarımız barədə məlumat daxil olub.

Bir müddət əvvəl Azərbaycanın diplomatik missiyası həmvətənlərimizi Kiyevdə etiraz aksiyalarının keçirildiyi ərazilərə getməməyə çağırıb.

Səfirlik Kiyevdə olan və ya Ukrayna paytaxtına səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarına Kiyevdə fəal etiraz aksiyaları zonalarından və insanların kütləvi yığışdıqların yerlərə getməkdən çəkinməyi israrla məsləhət görür və onları ehtiyatlı olmağa çağırır.

Çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları yenidən başlayıb. Etirazlarda müxalifət parlament-prezident idarəetmə formasına qayıdılmasını, 2004-cü il Konstitusiyasının bərpa olunmasını tələb edib Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar.

Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, Kiyevdə toqquşmalar nəticəsində 25 nəfər ölüb.

Tarix
2014.02.19 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla