Yuxarı

Əsrin fəlakətindən 2 il ötür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsrin fəlakətindən 2 il ötür

Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən iki il ötür.

Axar.az xatırladır ki, 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb.

Bir neçə saat ara ilə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın tikili dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də var idi.

Yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Qəhrəmanmaraşın Çiğli kəndi 6,5, Dəyirmanqaya kəndi isə 6 metr sürüşüb.

Ölkədə beynəlxalq yardım da daxil olmaqla, 4-cü səviyyə həyəcan siqnalı verilib. Bunun ardından 90 ölkədən axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə köməyə gəlib. Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olub. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla, 725 nəfər göndərib.

İndiyədək dağıntıların təmizlənməsi prosesinin 91 faizi tamamlanıb. Yeraltı təkanların baş verdiyi şəhər mərkəzləri və kəndlərdə 307 min evin tikintisinə başlanılıb. Hazırda bölgədə inşa edilən evlərin açarları mərhələli şəkildə sahiblərinə təqdim edilir.

Tarix
2025.02.06 / 00:06
Müəllif
Axar.az
Digər xəbərlər

İran bu ölkəni tam itirdi: “Şiə hilalı” batdı

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla