Yuxarı

Ukrayna gəncləri şirnikləşdirdi: orduya gələnlərə nələr veriləcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna gəncləri şirnikləşdirdi: orduya gələnlərə nələr veriləcək?

Ukrayna Müdafiə Nazirliyi 18-24 yaş arası kişilərin müqavilə ilə xidmətə qəbuluna başladığını elan edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna MN məlumat yayıb.

Bildirilib ki, 18-24 yaş arasında olan gənclərin ordu ilə bağlayacağı bir illik müqaviləyə görə 1 milyon qrivna (təxminən 24 min dollar) ödəniləcək: məbləğin bir hissəsi dərhal, qalan hissəsi isə iki yerə bölünərək təqdim ediləcək.

Bundan başqa, xidmət müddətində müqaviləli əsgərə hər ay 120 min qrivna (2900 dollar) aylıq maaş, sıfır faizlə ipoteka krediti, dövlət hesabına təhsil, pulsuz tibbi xidmət və bir illik xidmətdən sonra xaricə getmək hüququ vəd edilir.

Qeyd edək ki, Ukraynada hərbi xidmətə çağırış 25 yaşdan başlayır. ABŞ-ın keçmiş administrasiyası xidmət yaşının aşağı salınması ilə bağlı dəfələrlə Ukrayna hakimiyyətinə çağırış etsə də, Vladimir Zelenski bundan imtina etmişdi. Mütəxəssislər isə əsgər çatışmazlığının qarşısını almağın başqa yolu olmadığını bildirirdilər.

Tarix
2025.02.12 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla