Yuxarı

Makron Türkiyəyə görə Miçotakisə rədd cavabı verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Makron Türkiyəyə görə Miçotakisə rədd cavabı verdi

Türkiyəyə “Meteor” raketlərinin satışının qarşısını almaq üçün Fransa Prezidenti Emmanuel Makronla Parisdə görüşən Yunanıstan Baş naziri Kiriakos Miçotakis rədd cavabı alıb.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın EFSYN nəşri məlumat yayıb.

Məlumata görə, Fransa tərəfi Miçotakisə bildirib ki, bu, beynəlxalq praktika baxımdan mümkün deyil, çünki “Meteor” altı ölkənin iştirakından ibarət konsorsium tərəfindən istehsal edilib.

Bildirlib ki, Fransadan rədd cavabı alan Yunanıstan konsorsiumda yer alan ölkələrə də müraciət edəcək.

Qeyd edək ki, hava-hava tipli “Meteor” raketi Fransanın MBDA şirkəti tərəfindən istehsal olunur. Raketin istehsalı ilə bağlı konsorsiumda Fransadan başqa Britaniya, Almaniya, İtaliya, İsveç və İspaniya da yer alır.

2021-ci ildən Afina hər biri "Meteor" raketləri ilə təchiz olunmuş 24 ədəd "Rafale" döyüş təyyarəsi alıb. Buna baxmayaraq, bu raketləri Ankaranın əldə etməsinə mane olmağa çalışır.

Tarix
2025.02.12 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla