Yuxarı

İsrail bu tarixdə qoşunlarını çıxarmalıdır! - Aun

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail bu tarixdə qoşunlarını çıxarmalıdır! - Aun

Livan İsraildən ölkənin cənub bölgələrindən qüvvələrini 18 fevrala qədər çıxarmağı tələb edir. Bu müddət 27 yanvarda uzadılmış atəşkəs sazişi çərçivəsində müəyyən edilib.

Axar.az xəbər verir ki, belə bir bəyanatı Livan Prezidenti Cozef Aun Beyrutda Portuqaliyanın xarici işlər naziri Paulu Ranjel ilə görüşdə səsləndirib.

"Biz onların bu tarixə qədər çıxarılmasını gözləyirik və Avropa Birliyindən İsrailə təzyiq göstərməyi və öhdəliklərini yerinə yetirməyə məcbur etməyi xahiş edirik", - o bildirib.

Bundan əvvəl İsrail qoşunlarını beş sərhəd bölgəsindən çıxarmağı 28 fevrala qədər təxirə salmaq niyyətində olduğunu bildirib. Livan ordusu bu təklifi rədd edərək, həmin mövqelərə BMT sülhməramlılarının yerləşdirilməsini təklif edib.

Qeyd edək ki, 27 noyabr 2024-cü ildə imzalanmış atəşkəs sazişi Livan ordusunun cənub sərhədində yerləşdirilməsini və İsrail qoşunlarının 60 gün ərzində çıxarılmasını nəzərdə tuturdu. Bu müddət 18 fevrala qədər uzadılıb.

Tarix
2025.02.12 / 20:27
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla