Yuxarı

Zelenksi və Tramp nəyi müzakirə etdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenksi və Tramp nəyi müzakirə etdi?

Bir az əvvəl Donald Trampla danışdım. Uzun bir söhbət oldu. Sülhə nail olmaq imkanları haqqında danışdıq. Komandalar səviyyəsində birgə işləməyə hazır olduğumuz barədə fikir mübadiləsi apardıq. Texnoloji imkanlarımız, xüsusən də dronlar və digər müasir istehsalatlar haqqında söhbətimiz oldu. Prezident Trampa birgə edə biləcəyimiz işlərə göstərdiyi marağa görə minnətdaram.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla danışığının detalları haqqında danışarkən deyib.

O, həmçinin Trampla ABŞ-ın maliyyə naziri Skott Bessentlə olan söhbətini müzakirə etdiyini bildirib.

ABŞ prezidenti isə öz növbəsində Putinlə olan söhbətinin detalları barədə onu məlumatlandırıb. Zelenski vurğulayıb ki, Ukrayna sülhü ən çox istəyən tərəfdir.

"Amerika ilə birgə Rusiya təcavüzünü dayandırmaq və etibarlı, uzunmüddətli sülhü təmin etmək üçün atacağımız addımları müəyyən edirik. Prezident Trampın dediyi kimi: “Let's get it done” (Gəlin, bunu həyata keçirək)", - deyə dövlət başçısı yazıb.

Qeyd edək ki, Tramp bu gün Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Tarix
2025.02.12 / 23:01
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla