Yuxarı

Türkiyə ətrafında təhlükə getdikcə artır - Geoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ətrafında təhlükə getdikcə artır - Geoloq

Egey dənizinin olduğu bölgə həm zəlzələlərin, həm də vulkanik fəaliyyətlərin ən aktiv olduğu bölgələrdən biridir.

Bu sözləri Axar.az-a açıqlamasında geoloq Mirismayıl Ağayev Egey dənizində baş verən zəlzələləri şərh edərkən bildirib.

Geoloqun sözlərinə görə, xüsusilə 28 yanvar 2025-ci ildən etibarən Santorini adası ətrafında seysmik aktivlik artıb:

“Təkcə 28 yanvardan bu günə qədər bölgədə 900-dən çox zəlzələ qeydə alınıb, bəziləri 5 balın üstündə olub və 5 km-dən 25 km-ə qədər dərinlikdə baş verib.

Ege dənizindəki bu geoloji fəaliyyətlərin əsas səbəbi burada yerləşən tektonik plitə sərhədləridir. Yəni Şimali Anadolu qırılma zonasından tutmuş Egey ana plitəsində qırılmalara qədər çoxsaylı tektonik sərhəd bu aktivliyin mənbəyidir.

Maraqlıdır ki, zəlzələ əsasən Kolumpo vulkanının yaxınlığında baş verir. Kolumpo vulkanı Santorini Vulkanik Kompleksinin bir hissəsidir və son dəfə 1650-ci ildə aktiv olub.

Qeyd edim ki, yerdaxili maqma hərəkətləri zəlzələlərə səbəb ola bildiyi kimi, zəlzələlər də vulkanik püskürmələri tətikləyir. Bu da həmin bölgədə sunami, ekoloji və sosial təsirlərə də gətirib çıxara bilər”.

Tarix
2025.02.13 / 00:43
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla