Yuxarı

Pentaqon videoya düşən UNO-nun sirrini çözə bilmir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pentaqon videoya düşən UNO-nun sirrini çözə bilmir

Pentaqonun Anomaliyaların Tədqiqatı Bürosunun (AARO) mütəxəssisləri sürətlə hərəkət edən naməlum uçan obyektin (UNO) göründüyü məşhur "Go Fast" ("Sürətlə uçur") videosuna münasibət bildiriblər.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, videonun 2015-ci ildə Florida sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi tərəfindən kameraya çəkildiyi güman edilir. Üç il sonra bu görüntülər internetə sızıb və 2020-ci ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq yayımlanıb.

Çoxsaylı ufoloqlar videodakı obyektin müasir təyyarələrin çata bilməyəcəyi sürətlə hərəkət etdiyini iddia ediblər. Bununla belə, AARO-nun yeni hesabatında obyektin sürətinin "saatda 8-150 ​​kilometr arasında" olduğu deyilir. UNO-nun nəhəng sürəti optik illüziya ilə əlaqələndirilir. AARO-dan bildirilib ki, obyektin yüksək sürətlə hərəkət etməsi təəssüratı hərəkət parallaksı - optik təsirlə bağlıdır, müşahidəçinin özü hərəkətdə olduğu üçün asta hərəkət edən cismin sürətlə hərəkət etdiyini düşünür.

Bununla belə, şöbənin mütəxəssisləri "Go Fast"da hansı obyektin lentə alındığını hələ müəyyən edə bilməyiblər.

Tarix
2025.02.15 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla