Yuxarı

Qorbaçovun nəvələri Almaniyada "Zelenski" satır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qorbaçovun nəvələri Almaniyada "Zelenski" satır

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun nəvələri - 45 yaşlı Kseniya Qorbaçova və 37 yaşlı Anastasiya Virqanskayanın Almaniyada necə yaşadığı öyrənilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın "Şot" Teleqram kanalı araşdırma aparıb.

Bildirilir ki, 45 yaşlı Kseniya Qorbaçova və 37 yaşlı Anastasiya Virqanskaya babalarının çox bağlı olduğu Almaniyaya köçüblər.

"Həm Kseniya, həm də Anastasiya getməzdən əvvəl uzun müddət Rusiyada yaşayıb, MQİMO-nu bitirib və Rublyovkada möhtəşəm malikanədə və Moskvada Kosıgin küçəsindəki nomenklatura binasında 300 kvadratmetrlik mənzildə qalıblar. Qızlar mütəmadi olaraq sosial mediada görünürdülər. Anastasiya hətta ölkənin ən yaxşı gəlin namizədi hesab olunurdu", - deyə nəşrdə bildirilib.

Kanal vurğulayıb ki, 2010-cu illərdə Qorbaçovun nəvələri Berlinə köçüblər. Hazırda böyük bacı Kseniya biznes idarə edir - "ViniGrandi" kolleksiya şərabları mağazasını təbliğ edir. Bu işi əvvəlcə onun ögey atası qurmuşdu. Ukraynada müharibə başladıqdan sonra şirkət sarı-mavi etiketli "Zelenski" arağının satışını təşkil edib, sosial media paylaşımında spirtli içki almaq təklif olunub və vəsaitlər Ukraynaya dəstək üçün yönəldilib.

Qorbaçovun kiçik nəvəsi Anastasiya ögey atasının yükdaşımaları ilə məşğul olan iki şirkətinin idarəedici direktoru kimi qeydiyyatdadır. Onun həyat yoldaşı Dmitri Zanqiyev Berlinin "Abanamat" rok qrupunda ifa edir. Yaxınlarda qrup "Stop War in Ukraine" mahnısını yazıb və dinləyicilərdən toplanan pullar da Ukraynaya göndərilir.

Qorbaçovlar ailəsi həmçinin Moskvadakı 300 kvadratmetrlik mənzili satıblar. Onlar Bavariyada Hubertus qəsrini alıblar. Teqernze dağ gölünün sahilində yerləşən 570 kvadratmetrlik malikanə üçün 7 milyon avro ödənilib. İlkin məlumata görə, Berlində tarixi binada da Kseniya Qorbaçovanın mənzili var.

Tarix
2025.02.16 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla