Yuxarı

Putinlə hər an danışmağa hazıram - Makron

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinlə hər an danışmağa hazıram - Makron

Ukraynadakı sadə atəşkəs münaqişəni həll etməyəcək. Ərazi məsələlərini həll edəcək, təhlükəsizliyə zəmanət verəcək və Ukraynanın uzunmüddətli iqtisadi, sosial və siyasi sabitliyinə şərait yaradacaq hərtərəfli sülh lazımdır.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Yaxın tarix bizə göstərdi ki, təkcə atəşkəs əldə olunanda Rusiya buna əməl etmir. Bundan əlavə, Ukrayna ona aid olan bütün müzakirələrdə iştirak etməlidir. Bu gün ABŞ-ın NATO-dan çıxmaq istədiyini düşünürəmmi? Yox. Onların NATO-dan çıxmasını arzuolunan hesab edirəmmi? Yox. Hesab edirəm ki, NATO bu gün həmişəkindən daha faydalıdır. NATO faydalı alyans olaraq qalır, çünki o, bir sıra Avropa ölkəsinin təhlükəsizliyinin açarıdır. Rusiya avropalılar üçün ekzistensial təhlükə yaradır. Rusiyanın hazırda həyata keçirdiyi ciddi silahlanma ABŞ-ın mövqeyindən asılı olmayaraq, avropalıları reaksiya verməyə sövq etməlidir. Təkcə ordunu deyil, həm də Avropa müdafiəsinin sənaye və texnoloji bazasını gücləndirmək niyyətindəyik”, - o bildirib.

Makron Vladimir Putinin zəng edəcəyi təqdirdə onunla hər an telefonla danışmağa hazır olduğunu bildirib.

Tarix
2025.02.19 / 11:35
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla