Yuxarı

Ukrayna “Boz kardinal”ın köməkçisinə tapşırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna “Boz kardinal”ın köməkçisinə tapşırıldı

Kreml "Ukrayna cəbhəsi" layihəsinin yaradılmasının məsuliyyətini Boris Raportaya tapşırıb.

"Axar.az"ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Müstəqil Dövlətlər Birliyinin (MDB) iqtisadi məsələlər üzrə idarəsinin rəhbəri olan Raporta çeçen əsilli Vladislav Surkovun yaxın adamı, köməkçisidir. Xatırladaq ki, hazırda Vladimir Putinin köməkçisi olan "Boz kardinal" ləqəbli Surkov Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiya üzrə xüsusi nümayəndəsidir. O, həmçinin MDB-nin sosial və iqtisadi məsələlərinin tənzimlənməsinə məsul şəxslərdəndi. Bu günlərdə rus siyasilərinin iştirakı ilə öz forpostları saydıqları Xarkov vilayətində "Ukrayna cəbhəsi" hərəkatının təməli qoyulub. Toplantıda Xarkov şəhərinin meri Genadi Kerenes və dövlət vilayət administrasiyasının rəhbəri Mixail Dobkin çıxış ediblər. Sonuncu "Medvedçuk qrupu"na daxil olan şəxslərdəndi.

Diqqətə çatdıraq ki, "Ukraynanın seçimi" ("Ukrainski vıbora") təşkilatının rəhbəri ukraynalı siyasətçi Viktor Medvedçuk Rusiya Prezidenti Vladimir Putinin kirvəsi, Vladislav Surkovun isə yaxın dostudur.

Tarix
2014.02.20 / 01:25
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla