Yuxarı

Ruslar şikayət etdi, Tramp bu səfiri qovur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar şikayət etdi, Tramp bu səfiri qovur

Tramp ABŞ-ın Rusiyadakı hazırkı səfiri Linn Treysini diplomatik xidmətdən azad etməyi planlaşdırır, Rusiya nümayəndələri Ər-Riyadda danışıqlar zamanı ondan Dövlət katibi Marko Rubioya şikayət edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“ABŞ prezidenti 2023-cü ildən Moskvadakı diplomatik missiyaya rəhbərlik edən Treysi ilə bağlı müvafiq sərt qərar verəcək. O, artıq Treysinin Rusiyaya strateji məğlubiyyət vermək zərurəti haqqında tezisləri irəli sürdüyü barədə məlumat alıb”, - xəbərdə qeyd olunub.

Bildirilib ki, Səudiyyə Ərəbistanında 18 fevralda aparılan danışıqlar zamanı Rusiya nümayəndə heyətinin üzvləri Treysinin fəaliyyətini tənqid edən materialları ABŞ Dövlət katibi Rubioya veriblər və səfiri radikal demokratların himayədarı, Trampa nifrət edən və Ukrayna tərəfdarı adlandırıblar.

Rusiyadakı yeni səfirin ABŞ-ın Liviya, Gürcüstan və Özbəkistanda səfiri işləmiş Riçard Norland olacağı gözlənilir.

Tarix
2025.02.25 / 22:46
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla