Yuxarı

Sabah planetlərin paradıdır: Necə izləmək olar?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah nadir astronomik hadisə - planetlərin möhtəşəm paradı ilə qarşılaşacağıq. Yeddi planet səmada şərti bir xətlə düzüləcək. Sonuncu dəfə bu nadir hadisə 2022-ci ilin iyununda müşahidə edilib.

Axar.az xəbər verir ki, planetlərin paradı artıq başlasa da, fevralın 28-i axşam saatlarında müşahidələrin aparılması tövsiyə olunur. 28 fevral 2025-ci ildə axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun - Yerdən eyni vaxtda görünəcək. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars.

Müşahidə üçün ən yaxşı vaxt 19:30-dan 22:30-a qədər (Bakı vaxtı ilə) olacaq. Yalnız dörd planet adi gözlə görünəcək: Venera, Mars, Merkuri və Yupiter. Uranı və Neptunu müşahidə etmək üçün yaxşı durbin və ya teleskop lazımdır. Saturnu görmək üçün onun müşahidə yerində görünmə vaxtını dəqiq bilməlisiniz. Bu, fevralın 28-də planetin Günəşə çox yaxın olacağı ilə bağlıdır. Ümumiyyətlə, müşahidə üçün şərait əlverişlidir.

Planetlərin paradı yeni aya təsadüf edir. Beləliklə, gecə işığı müşahidəyə mane olmayacaq və hətta daha zəif obyektləri görmək mümkün olacaq. Bununla belə, havaya diqqət yetirmək vacibdir, çünki buludlar və yağıntılar mənzərəni ciddi şəkildə poza bilər. Müşahidə Günəş batdıqdan dərhal sonra, parlaq işıqlardan uzaq bir yer seçərək başlamanlıdır. Planetlərin müəyyən bir yerdə necə görünməsini xüsusi proqramdan istifadə ilə üzləyə bilərsiniz. Məsələn, “Sky Tonight” və ya “Star Walk 2”.

Tarix
2025.02.27 / 12:36
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında...

Bakı ilə əməkdaşlıq dövrü başladı - Yengibaryan

Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?

Hikmət Hacıyev ABŞ-da: 907-ci düzəliş ləğv edilməlidir!

Rəsmi Bakı Qətərə hücumdan narahatdır

Azərbaycan və AB arasında əməkdaşlıq müzakirə olundu

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Milli Məclisin xüsusi iclası başa çatdı

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır

Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla