Yuxarı

Kral çağırış etdi: Qurban kəsməyin!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş Kralı VI Məhəmməd bu il qurban kəsilməməsi barədə xalqa çağırış edib.

Axar.az xəbər verir ki, Kralın qərarını Mərakeş dövlət teleziyası səsləndirib.

Kralın mesajında ​​bildirilib ki, ölkədə iqlim və iqtisadi çətinliklər yaşanır və bu, mal-qaranın sayının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Həmçinin vurğulanıb ki, qurbankəsmə mühüm dini ayin olsa da, indiki şəraitdə onun icrası yoxsullar üçün dözülməz yükə çevrilə bilər. Xalqı qurban kəsməkdən çəkinməyə çağıran Kral əlavə edib ki, o, mərakeşlilər adından ayini özü yerinə yetirəcək.

O, Qurban bayramının mənəvi mənalarının qorunacağını da bildirib. Kral bu qərarı Mərakeş xalqı adına verdiyini qeyd edib.

Bildirək ki, Mərakeşdə 1963, 1981 və 1996-cı illərdə də qurban kəsməkdən imtina edilmişdi.

Tarix
2025.02.27 / 17:31
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

AB “müşahidəçiləri" sərhədimizdə - Yeni video

Bu, tarixi səfərdir - Prezident

Qvineya-Bisau prezidenti Zəfər parkını ziyarət etdi

Paşinyandan qapalı iclasda Bakı ilə bağlı tapşırıq

"Sputnik"in nümayəndəliyi ləğv edildi - Rusiyadan reaksiya

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Rusiya ilə bağlı reytinq: İlk iki yerdə azərbaycanlı, 3-də erməni...

Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu

Fransız casus məhkəmədə şok etiraflar etdi

Prezidentlərin təkbətək görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla