ABŞ Prezidenti Donald Tramp Vladimir Zelenskini Vaşinqtonda qəbul etmək istəməyib, lakin Fransa Prezidenti Emmanuel Makron onu fikrindən daşındırıb.
Axar.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
“Dünən Zelenski Vaşinqtona gəlməli idi, amma Tramp administrasiyasından biri dedi: “Qulaq as, Vladimir, təyyarə ayırmağın mənası yoxdur, gəlməyin, bütün görüşlər ləğv edilib, Prezident Tramp sizi qəbul etməyəcək”, – deyə telekanalın jurnalisti Patrik Sos bildirib.
Onun sözlərinə görə, bundan sonra Zelenski Makrona zəng edərək, ondan Trampı fikrindən daşındırması üçün xahiş edib. Çünki o, Vaşinqtonda Ukrayna mineralları ilə bağlı saziş imzalamağa ümid edirdi. Üstəlik, bu səfər güclü simvolik məna daşımalı idi.
Jurnalistin istinad etdiyi diplomatik mənbələrə görə, bundan sonra Fransa prezidenti Ağ Evin sahibinə zəng edərək, onu Zelenskini qəbul etməyə inandırıb və ona zəmanət verib.