Yuxarı

Kiyevdə snayper hərbçilərə atəş açır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyevdə snayper hərbçilərə atəş açır

Ukraynanın Daxili İşlər Nazirliyi ötən gün prezident Viktor Yanukoviçin 3 müxalifət lideri ilə görüşündə əldə edilmiş barışığın pozulduğunu bəyan edib.

Kiyevin mərkəzində Müstəqillik meydanında hərbçilərə və "Berkut" xüsusi-təyinatlılarına snayperdən atəş açılıb. Hüquq-mühafizə orqanlarının azı 23 əməkdaşının yaralandığı bildirilir (ANS).


Odlu silahdan atəşin Maydanda yerləşən konservatoriya binasından açıldığı ehtimal edilir. Yaralı hüquq-mühafizə orqanları əməkdaşlarının əksəriyyətinə həkimlər gələnədək meydanda ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olanlar isə xərəklə meydandan çıxarılıb.



Müstəqillik meydanında etirazçıların çadır düşərgəsini əhatə edən barrikadaların yanması nəticəsində ətrafa tüstü yayılıb. Buna baxmayaraq, minlərlə etirazçı hələ də meydanda qalmaqdadır.



Son 2 sutka ərzində Maydanda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı isə 28-ə çatıb. Onların təxminən yarısı hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Tarix
2014.02.20 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla