Yuxarı

Lukaşenkonun təklifi: Kreml “hə” dedi, Trampın cavabı…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenkonun təklifi: Kreml “hə” dedi, Trampın cavabı…

Belarus Prezidenti Aleksandr Lukaşenko Trampın ünvanına müsbət fikirlər söyləməklə, rusiyalı həmkarı kimi, ABŞ-la münasibətlərin normallaşmasına və ona qarşı da tətbiq edilən sanksiyaların yumşalmasına ümid edir. Lukaşenkonun “Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət edirəm” təklifinin arxasında bu amil dayanır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Belarus lideri Aleksandr Lukaşenkonun amerikalı bloger Mario Naufala müsahibəsində səsləndirdiyi fikirlər haqda deyib.

“Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Lukaşenkonun təklifinə dərhal “hə” deyib. Vaşinqtondan xəbər yoxdur. Tramp Minskdə görüşə razılaşarsa, Lukaşenko həm sanksiyaların yumşalmasına, həm də Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs razılaşmasında rolunun artmasına ümidlənəcək. Fikrimcə, Tramp yenə də Səudiyyə Ərəbistanına üstünlük verəcək. Vaşinqton liderlərin görüş yeri kimi Türkiyə və ya Macarıstana da üstünlük verə bilər”, - o bildirib.

Tarix
2025.03.05 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla