Yuxarı

Matviyenko İrəvana səfərdən niyə imtina etdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Matviyenko İrəvana səfərdən niyə imtina etdi?

Hələ ötən ilin sonundan Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenkonun Ermənistana səfəri barədə danışılırdı və hətta təxmini tarix – fevral ayının sonu göstərilirdi. Lakin bir neçə gün öncə Ermənistan parlamentinin sədri Alen Simonyan səfərin 5-6 iyun tarixlərinə planlaşdırıldığını bildirdi.

Axar.az xəbər verir ki, “Hraparak” nəşri Matviyenkonun İrəvana səfərinin təxirə salınmasının Paşinyanla əlaqəli olduğunu yazıb.

“Biz Vətəndaş Müqaviləsindəki mənbələrimizdən səfərin təxirə salınmasının səbəbini öyrəndik. Yazmışdıq ki, son geosiyasi hadisələrdən sonra Nikol Paşinyan sanki “yolunu azmış övlad” kimi yenidən Rusiyanın qucağına atılmağa qərar verib və bütün dövlət qurumlarına Rusiya ilə üfüqi səviyyədə institusional əlaqələri bərpa etməyi, tədbir və görüşlərdə iştirak etməyi tapşırıb. Lakin Rusiyada, necə deyərlər, Nikolun göz yaşlarına inanmırlar və hər şeyi faktlar və sübutlarla yoxlamağa qərar veriblər.

Hətta Ermənistan hakimiyyətinə “Avroreferendum” layihəsinin ləğvi tələbi irəli sürülüb. İkinci oxunuşun təxirə salınması bununla əlaqələndirilir və istisna deyil ki, ümumiyyətlə, ləğv oluna bilər”, - deyə nəşr qeyd edir.

Qeyd edək ki, bundan öncə “Fakt” nəşri də Paşinyanın istəyi ilə AB-yə inteqrasiya prosesinin başlanmasını nəzərdə tutan qanun layihəsinin ikinci oxunuşa təqdim edilmədiyini bildirmişdi.

Tarix
2025.03.06 / 15:36
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla