Yuxarı

Suriyada üsyan: PKK da hücuma keçdi – Kreml yardım edəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada üsyan: PKK da hücuma keçdi – Kreml yardım edəcək?

Latakiyada yeni HTŞ hakimiyyətinə qarşı ələvilərin üsyanı başlayıb. İsrail görünür ki, bu üsyanı dəstəkləyir və Latakiyanı öz təsir dairəsinə daxil etmək istəyir, necə ki, artıq druzların yaşadığı bölgələri nəzarət altına alıb. Druzlar artıq yeni hakimiyyətə tabe olmurlar. Üsyanın səbəbi HTŞ-nin regional qruplarının ələvilərə qarşı apardığı repressiyalardır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov yazıb.

O, üsyanın Rusiya hərbi bazası olan bölgəyə yaxın olduğuna diqqət çəkib və nəticələri haqqında nikbin olmadığını bildirib:

“Üsyanın yatırılacağını proqnozlaşdırmaq olar. Repressiyalar da səngiyəcək. Orada hələ də Rusiya bazaları var və çox güman ki, hazırda ələvilər rus əsgərlərindən xahiş edirlər ki, bir növ onlara dəstək olsunlar. Buna görə də orada Rusiya hərbi bazalarının taleyi həll olunur.

Ələvilərə yazıqdır, amma əgər onlara kömək edilib və onlar məğlub olsalar, o zaman Suriya hakimiyyəti Rusiyanı hərbi bazalardan məhrum edəcək.

Bundan əlavə, üsyan barədə xəbər tutan kürdlər Suriya hökumət qoşunlarına qarşı hücuma keçiblər”.

Tarix
2025.03.07 / 14:08
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla