Yuxarı

Türkiyədən xəbərdarlıq: Təxribat hazırlanır, İsrail...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən xəbərdarlıq: Təxribat hazırlanır, İsrail...

Suriyada dini-etnik zəmində provokasiya hazırlanır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Suriyada baş verən son qarşıdurmaları şərh edərkən deyib.

Çelik Türkiyənin Suriyanın ərazi bütövlüyünü və milli birliyini sona qədər müdafiə etdiyini bildirib:

"Suriya suriyalılara məxsusdur” dedikdə, bütün qrupları əhatə edən və onların təhlükəsizliyini təmin edən bir quruluşun ortaya çıxmasını nəzərdə tuturuq. Nüseyri, sünni, ələvi, druz, türkman, ərəb, kürd terrorçusu ifadələri yanlışdır”.

İsraildən sığınacaq və müdafiə istəyənlərə reaksiya verən Çelik bütün bunların açıq-aşkar təxribat olduğunu qeyd edib:

“Biz onları yaxından izləyirik. Bütün bunlar beynəlxalq müdaxilə çağırışlarıdır. Bu terroru həyata keçirənlər İsrailin buraya müdaxilə etməsini təmin etməyə çalışır".

Qeyd edək ki, 6 martda Əsəd tərəfdarları Latakiya əyalətində Suriya təhlükəsizlik qüvvələrinə hücum edib. Bundan sonra Suriya əraziyə ordu yeridib və sahilyanı ərazidə komendant saatı tətbiq edib. Suriya hökumət qüvvələri artıq Əsəd tərəfdarlarının ələ keçirdiyi kəndlərə və Cəbləyə nəzarəti bərpa edib.

Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.

Tarix
2025.03.09 / 18:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla