Yuxarı

Trampın Putinə sonsuz sədaqəti... - "Vaşinqton Post"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın Putinə sonsuz sədaqəti... - "Vaşinqton Post"

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə sədaqəti uzun tarixə malikdir.

Axar.az xəbər verir ki, bunu “Vaşinqton Post” nəşrinin analitiki Maks But bildirib.

But qeyd edib ki, artıq Trampın ikinci prezidentliyi müddətində o, Kremlə haqq qazandırmaq mövqeyini bölüşən başqa adamları vəzifəyə təyin edib:

"Dövlət katibi Marko Rubio bir dəfə Putini "qanqster" və "quldur" adlandırmışdı. Bu yaxınlarda Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşdükdən sonra o, "ruslarla tərəfdaşlıq üçün mövcud olan inanılmaz imkanları" yüksək qiymətləndirdi".

Onun sözlərinə görə, Tramp indi öz siyasəti ilə ABŞ-ın xarici siyasət tarixində yəqin ki, ən təsirli dönüşü edir:

“Tramp elə davranır ki, sanki sülhə əsas maneə Putin deyil, Zelenskidir, baxmayaraq ki, Putin sadəcə olaraq Ukrayna ərazisindən qoşunlarını çıxarmaqla müharibəni hər an bitirə bilər. Tramp açıq şəkildə Putinin müharibəyə son qoymaq istədiyini söylədi və hətta onu lazım olduğundan daha səxavətli olduğuna görə təriflədi”.

But vurğulayıb ki, Zelenski ölkəsinin sülhə can atdığını açıq şəkildə ifadə edib, lakin istənilən razılaşma Rusiyanın gələcək hücumunun qarşısını almaq üçün təhlükəsizlik təminatlarını ehtiva etməlidir.

Tarix
2025.03.11 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla