Yuxarı

Moskvaya ilin ən böyük hücumu edildi: 2 ölü, 19 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvaya ilin ən böyük hücumu edildi: 2 ölü, 19 yaralı - Video

09:43

Moskvaya vilayətinə edilən PUA hücumu nəticəsində ölən və yaralananlar var.

Axar.az xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.

“Bu gün səhər saat 4-də Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu başlayıb. Hazırda Leninski şəhər rayonunda və Domodedovoda bir nəfərin öldüyü, üç nəfərin yaralandığı məlumdur”, - o bildirib.

Moskva meri Sergey Sobyanin də 1 nəfərin öldüyünü təqsidləyib:

"Saat 05:14-də pilotsuz təyyarə qalıqlarının düşməsi nəticəsində “Miratorq” şirkətinin Domodedovodakı paylayıcı mərkəzinin ərazisində yerləşən obyektlərə ziyan dəyib. Təəssüf ki, hadisə nəticəsində şirkətin bir əməkdaşı həlak olub, iki nəfər yaralanıb”.

Sobyanin Moskvaya doğru uçan 73 PUA-nın zərərsizləşdirildiyini qeyd edib.

***

Moskva vilayətinin Vidnoye şəhərinə edilən hücum nəticəsində biri 4 yaşlı uşaq olmaqla, 6 nəfər yaralanıb.

***

PUA hücumları nəticəsində Moskvanın Vidnoye, Ramenskoe və Domodedovo rayonlarında yaralananların sayı 20-yə çatıb. Onlardan 3-ü uşaqdır.

***

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, Moskva vilayətinə edilən PUA hücumu nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb.

Yaralılardan biri uşaq olmaqla, 6-sı xəstəxanaya yerləşdirilib. Birinin vəziyyəti ağırdır.

Daha bir nəfər isə Lipetsk vilayətində yaralanıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva şəhəri və Moskva vilayəti üzərində 91 PUA zərərsizləşdirilib. Bu, 2025-ci ildən bəri Moskva şəhəri və Moskva vilayətinə edilən ən böyük hücumdur.

Tarix
2025.03.11 / 12:38
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla