Yuxarı

Ciddədə Ukrayna nələrə nail oldu? – Sibiqa açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ciddədə Ukrayna nələrə nail oldu? – Sibiqa açıqladı

Rusiyanın razılaşacağı halda Ukraynanın qəbul etdiyi 30 günlük dərhal müvəqqəti atəşkəs heç bir halda münaqişənin dondurulması demək deyil.

Axar.az xəbər verir ki, bu sözləri Ciddə danışıqlarında iştirak edən Ukrayna XİN başçısı Andrey Sibiqa sosial şəbəkə hesabında bildirib.

"Bu müvəqqəti atəşkəs nə üçün vacibdir? Burada söhbət dondurulmuş münaqişədən getmir. Söhbət yalnız müharibəni ədalətli şəkildə bitirmək üçün yol axtarmağa çalışmaqdan gedir. Bu həm də sülhdə kimin həqiqətən maraqlı olduğunu nümayiş etdirən bir addımdır", - Sibiqa vurğulayıb.

O, həmçinin Ciddə danışıqlarının yekunu ilə bağlı ABŞ-Ukrayna birgə bəyanatında ABŞ-ın kəşfiyyat məlumatlarının ötürülməsi və hərbi yardımın bərpasının xüsusi qeyd edilməsinə diqqət çəkib:

“Bundan başqa, bəyanat mineral ehtiyatlar üzrə sazişin imzalanması ilə bağlı birbaşa Ukrayna və ABŞ liderlərindən müsbət siqnalları əks etdirir. Üstəlik, bəyanata əsasən, bu razılaşma Ukraynanın uzunmüddətli rifahını və təhlükəsizliyini birbaşa ABŞ-ın təmin etməsi ilə əlaqələndirilir. Ukrayna tərəfi elə məhz buna çalışırdı”.

Qeyd edək ki, Ciddədə (Səudiyyə Ərəbistanı) ABŞ-Ukrayna danışıqları 11 martda baş tutub və tərəflər birgə bəyanat qəbul ediblər. Danışıqlar məhsuldar keçdiyi üçün 12 martda müzakirələrin davam etdirilməsinə ehtiyac qalmayıb.

Tarix
2025.03.12 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla