Yuxarı

ABŞ nə vaxt desə, o vaxt imzalayacağıq - Yermak

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ nə vaxt desə, o vaxt imzalayacağıq - Yermak

Ukraynada mineral ehtiyatlar üzrə ikitərəfli saziş ABŞ-ın əlverişli hesab etdiyi vaxt imzalanacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ciddədə Amerika nümayəndə heyəti ilə danışıqlardan sonra deyib.

"Amerika tərəfi, bizim tərəfdaşlarımız bunun özləri üçün əlverişli olduğuna qərar verdikdə, bu müqavilə imzalanacaq", - o bildirib.

Yermak qeyd edib ki, Ukrayna tərəfində bunun üçün hər şey hazırdır və hətta sənədi imzalamalı olan şəxslər də müəyyənləşib.

Qeyd edək ki, ABŞ və Ukrayna arasında məhsuldar görüş ötən gün Ciddədə baş tutub. Görüşün nəticəsi olaraq birgə bəyanat qəbul edilib.

Tarix
2025.03.12 / 09:18
Müəllif
Axar.az
Digər xəbərlər

YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla