Yuxarı

Ukrayna ilə 30 günlük atəşkəs... - Kremldən açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna ilə 30 günlük atəşkəs... - Kremldən açıqlama

Moskva ABŞ və Ukrayna arasında danışıqlardan sonra verilən bəyanatları diqqətlə araşdırır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə 30 günlük atəşkəs məsələsinə münasibət bildirərkən deyib.

Peskov Kiyevin razılaşdığı 30 günlük atəşkəs məsələsində tələsməməyə, hadisələri qabaqlamamağa çağırıb.

"Baxın, siz bir az qabağa gedirsiniz, biz bunu etmək istəmirik. Ötən gün mətbuata açıqlama verən Rubio da, Uolts da bəyan etdilər ki, müxtəlif diplomatik kanallar vasitəsilə Ciddədə baş tutan danışıqların mahiyyəti barədə bizə ətraflı məlumat verəcəklər. Bax, əvvəlcə bizə bu məlumatlar daxil olmalıdır. Həmçinin bu günlərdə bizim amerikalılarla da təmaslarımız planlaşdırılıb ki, bu təmaslar zamanı artıq tam şəkildə məlumat alacağımıza ümid edirik", - Peskov bildirib.

Qeyd edək ki, ötən gün Ciddədə baş tutan danışıqlarda Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul edib.

Tarix
2025.03.12 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla