Yuxarı

AB müdafiə nazirləri Ukrayna üçün toplandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB müdafiə nazirləri Ukrayna üçün toplandı

Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşanın müdafiə nazirləri çərşənbə günü Parisdə görüşərək, Avropanın müdafiəsini gücləndirmək və Ukraynaya təhlükəsizlik zəmanətləri vermək üçün konkret addımlar atacaqlarına söz veriblər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, Ukraynanın müdafiə naziri Rüstəm Umerov ilk görüşə dəvət olunub. İkinci görüş Avropanın müdafiə potensialının artırılmasına həsr olunacaq.

“Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirərək, xərcləri artıraraq və kollektiv gücümüzü möhkəmləndirərək, açıq mesaj veririk: biz Ukraynanın yanında dayanmaqda və ortaq dəyərlərimizi qorumaqda tərəddüd etməyəcəyik", - Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

Danışıqlar Ukraynaya dəstəyə və gələcək sülh sazişi üçün təhlükəsizlik zəmanətlərinə, o cümlədən potensial Avropa sülhməramlılarının yerləşdirilməsinə yönəlib.

Tarix
2025.03.12 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla