Yuxarı

BMT TŞ-də müzakirə: ABŞ və Britaniya İranı hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT TŞ-də müzakirə: ABŞ və Britaniya İranı hədələdi

İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan bütün diplomatik addımları atacağımızı, o cümlədən, lazım gələrsə, sanksiyaların geri qaytarılması mexanizmindən istifadə edəcəyimizi açıq şəkildə bildirdik.

Axar.az xəbər verir ki, bunu BMT-nin TŞ-nin İranın nüvə proqramı ilə bağlı keçirilən qapalı iclasından sonra Britaniyanın BMT-dəki daimi nümayəndəsi Ceyms Karyuki deyib.

İclasdan sonraAmerika nümayəndəliyi də bəyanat yayıb və TŞ-ni Tehranı qınamaqa çağırıb.

İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani isə TŞ-nin iclasını “təxribatçı və əsassız” adlandırıb.

İrəvani Əli Xameneinin mövqeyini bir daha təkrar edib: “Tehran təzyiq altında danışıqlar aparmayacaq, təhdidlərə boyun əyməyəcək və heç bir diktə qəbul etməyəcək”.

Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı iclas Şuraya üzv olan 15 ölkədən altısının, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Yunanıstan və Panamanın tələbi ilə keçirilib. Qərb ölkələri hesab edir ki, heç bir mülki proqram üçün uranı bu qədər yüksək səviyyədə zənginləşdirməyə ehtiyac yoxdur və bu səviyyədə zənginləşdirilmiş uran nüvə bombası yaratmağa hesablanıb.

Bununla belə, rəsmi Tehran İran hökumətinin nüvə proqramının tamamilə dinc xarakter daşıdığını iddia edir.

Tarix
2025.03.13 / 13:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla