Yuxarı

Avropa ABŞ-sız Rusiyaya müqavimət göstərə bilməz - KİV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa ABŞ-sız Rusiyaya müqavimət göstərə bilməz - KİV

Avropa ölkələri Rusiyaya müqavimət göstərə bilməz və ABŞ-ın dəstəyi olmadan müdafiə potensialını artırmaq planlarını həyata keçirə bilməyəcəklər.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, Avropa ölkələrinin ordusunda strateji aviasiya, hava hücumundan müdafiə sistemləri, kəşfiyyat və qoşunların idarə edilməsi imkanları çatışmır:

“Böyük ölçüdə bu funksiyaları ABŞ yerinə yetirir ki, bu da Avropanın təhlükəsizliyini tamamilə Amerika resurslarından asılı edir. Avropanın hərbi sənayesi silah istehsalını artırmaqda çətinliklərlə üzləşir. Ukraynaya xeyli miqdarda avadanlıq ötürülüb, lakin onların əvəzləşdirilməsinin sürəti yetərli deyil. NATO Baş katibi Mark Rutte də qeyd etmişdi ki, Avropanın müdafiə sənayesi çox kiçik, parçalanmış və yavaşdır”.

Nəşr vurğulayır ki, NATO-nun Ukrayna ilə sərhəddə genişmiqyaslı təlimlər keçirməsinə və Avropa ölkələrinin hərbi xərclərini tədricən artırmasına baxmayaraq, ABŞ-ın dəstəyi olmadan alyansın müdafiə məqsədlərinə çatması çətin olacaq:

“Fevralda 10 minə yaxın NATO əsgəri Ukrayna ilə sərhəd yaxınlığında təlimlərdə iştirak edib, lakin ABŞ öz qüvvələrini onlara qoşmayıb. Bu baxımdan Avropa ölkələri "ABŞ-ın iştirakı olmadan öz təhlükəsizliklərini təmin edə biliblərmi" sualını ciddi düşünməyə başladı. Amma hələlik Avropa orduları ABŞ texnologiyası və liderliyindən asılı olaraq qalır”.

Tarix
2025.03.13 / 17:51
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla