Yuxarı

Uitkoff hesabat verəcək, Kremlin mövqeyini araşdıracağıq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uitkoff hesabat verəcək, Kremlin mövqeyini araşdıracağıq

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında ünsiyyət müsbət və məhsuldar olub və Vaşinqton Ukraynada sülhün əldə olunması istiqamətində müəyyən addımlar görür.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Kanadada keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Ukrayna məsələsində Rusiya ilə əlaqəmizə ehtiyatlı nikbinliklə yanaşırıq”, - Rubio bildirib.

Dövlət katibi əlavə edib ki, həftəsonu ABŞ Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskvanın mövqeyini araşdıracaq və ona uyğun olaraq növbəti addımlarını müəyyən edəcək.

"Uitkoffun Moskvadakı təmaslarının nəticələrinə dair xüsusi hesabat təqdim olunacaq", - Rubio vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukrayna ilə bağlı danışıqları gecikdirdiyinə inanmır:

"Əksinə, biz irəliləyiş görürük".

Qeyd edək ki, Trampın xüsusi nümayəndəsi Uitkoff 13 martda Moskvada Vladimir Putinlə görüşüb.

Tarix
2025.03.15 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla