Yuxarı

Putinin Trampla danışarkən artıq orduya əmr verməsi... - Slutski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin Trampla danışarkən artıq orduya əmr verməsi... - Slutski

Rusiya və ABŞ prezidentlərinin telefon danışığının yekunlarını bütün dünya gözləyirdi, bu dialoq sülhün başlanğıcı ola bilər.

Axar.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiya Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski bildirib.

“Son bir aydan bir qədər çox müddət ərzində baş tutan ikinci telefon danışığının yekunlarını, şişirtmədən demək olar ki, bütün dünya gözləyirdi. Danışıq təxminən 2,5 saat davam etdi. 148 dəqiqəlik effektiv diplomatiya - bu, Rusiya milli maraqlarına riayət edilməklə sülhə doğru bir başlanğıc ola bilər”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, mövcud koordinat sistemində Ukrayna münaqişəsinin həlli istiqamətində əhəmiyyətli bir addım atılıb:

“Vladimir Putin Moskvanın sülh danışıqlarına hazır olduğunu təsdiqləyib, enerji infrastrukturuna qarşı hücumlardan 30 gün müddətinə qarşılıqlı imtina ideyasını dəstəkləyib və artıq orduya bununla bağlı göstəriş verib. Atəşkəsin mümkün nəzarət mexanizmləri və Kiyev rejiminin qeyri-müqavilə qabiliyyəti ilə bağlı ciddi risklər tam şəkildə müəyyən edilib”.

Qeyd edək ki, ötən gün Putin və Tramp arasında telefon danışığı baş tutub.

Tarix
2025.03.19 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla