Yuxarı

Karasin Ukrayna rəsmiləri ilə görüşə gedir? – Markov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karasin Ukrayna rəsmiləri ilə görüşə gedir? – Markov

Rusiyanın ABŞ-la Səudiyyə Ərəbistanında 24 martda keçirəcəyi danışıqlarda nümayəndə heyətinə Federasiya Şurasının üzvü Qriqori Karasin rəhbərlik edəcək. Görüşdə həmçinin FTX rəhbərinin müşaviri Sergey Beseda da iştirak edəcək. Çox gözlənilməz qərardır.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, danışıqlarda Rusiya Federasiya Şurasından namizədin olması düşündürücüdür:

“Hamı gözləyirdi ki, bu, mütəxəssislərin texniki danışıqları olacaq. Amma burada parlament üzvü iştirak edəcək? Qriqori Karasin, əlbəttə, siyasi cəhətdən nüfuzlu fiqurdur, uzun illər Rusiya Xarici İşlər Nazirliyinin birinci müavini olub. Ancaq o, texniki mütəxəssis deyil.

Bəs bu, nə danışıqlar olacaq? Həqiqətən bu, Rusiya və Ukrayna arasında ilk birbaşa, lakin qapalı danışıqlar olacaq? Axı elə həmin Səduiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında danışıqlar keçiriləcək. Və məntiqlə, bundan sonra 25 martda Rusiya və Ukraynanın nümayəndə heyətləri ilk dəfə qapalı rejimdə görüşə bilər. Və belə danışıqlar üçün Karasin çox uyğun namizəddir”.

Qeyd edək ki, martın 24-də Səudiyyə Ərəbistanında ABŞ-la keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının senatoru Qriqori Karasin və FTX direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.

Bundan əvvəl Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüşün martın 23-də keçiriləcəyi bildirilmişdi.

Tarix
2025.03.20 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla