Yuxarı

İmamoğlunun qaçmağa çalışan kadrı tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmamoğlunun qaçmağa çalışan kadrı tutuldu

10:50

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) yönəlik terror və korrupsiya araşdırmaları çərçivəsində haqqında həbs qərarı verilən İBB Törəmə və Bağlı Quruluşlar Komissiyasının sədri Ərtan Yıldız saxlanılıb.

Axar.az xəbər verir ki, istintaq çərçivəsində haqqında həbs qərarı verilən, “kölgə sədr” olaraq tanınan Yıldızın saxlanılması ilə istintaq çərçivəsində həbs edilənlərin sayı 88-ə çatıb. Araşdırmada 17 şübhəlinin istintaqdan gizləndiyi, 7 şübhəlinin isə xaricə qaçdığı müəyyən edilib.

Ərtan Yıldızın haqqında aparılan istintaqdan xəbərdar olduğu və bu səbəbdən evdə olduğu görüntüsü yaratmaq üçün mobil telefonunu həyat yoldaşının çantasına qoyduğu öyrənilib. Polis təqibindən qaçmaq üçün bu üsula əl atan və daha əvvəl xaricə çıxış qadağası olan Yıldızın yaşadığı kompleksin başqa bir qapısından qaçaraq tutulmaqdan xilas olduğu iddia edilmişdi.

Qeyd edək ki, Ə.İmamoğlu 19 mart səhər saatlarında saxlanılıb.

Tarix
2025.03.21 / 13:03
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla