Yuxarı

Zelenski: Rusiyaya təzyiqləri artırın ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski: Rusiyaya təzyiqləri artırın ki...

Rusiya Federasiyasına təzyiqlərin artırılması "Şahid" terrorunun qarşısını almağın yoludur.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, dünəndən etibarən Rusiya Ukraynanın müxtəlif bölgələrinə 200-dən çox zərbə və imitasiya dronu ilə hücum edib. Bundan əlavə, idarə olunan aviasiya bombaları da istifadə olunub. Odessa, Zaporojye, Sum, Kiyev, Xmelnitski və Çerniqov vilayətləri atəşə məruz qalıb.

Zelenskinin sözlərinə görə, rusların Odessa vilayətinə kütləvi hücumları nəticəsində ticarət mərkəzində və mağazalarda yanğınlar baş verib, çoxmərtəbəli bina zədələnib. Üç uşaq yaralanıb. Zaporojyedə isə Rusiya aviasiya bombalarına görə altı nəfər xəsarət alıb, onlardan biri dörd yaşlı uşaqdır. Adi yaşayış evləri və avtomobillər zədələnib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında verdiyi məlumata görə, bu gecə 114 Rusiya dronu vurulub, 81 imitasiya dronu hədəfinə çata bilməyib.

Xüsusilə, 21 mart 2025-ci ilə keçən gecə (20 mart saat 20:00-dan etibarən) 214 "Şahd" və müxtəlif tipli imitasiya dronları ilə hücum həyata keçirilib.

Tarix
2025.03.21 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla