Yuxarı

Əhməd Şimali və Cəmil Vadiya öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhməd Şimali və Cəmil Vadiya öldürüldü

İsrail hərbçiləri HƏMAS hərəkatının iki komandirini məhv edib.

Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında bildirilib.

Bildirilib ki, son bir neçə gün ərzində İsrail Müdafiə Qüvvələri və Şin Bet HƏMAS-ın hərbi imkanlarını zəiflətmək və yəhudi dövləti və onun hərbi personalına qarşı təhdidləri aradan qaldırmaq məqsədilə Qəzza zolağının hər yerində terrorçu hədəflərə və yaraqlılara zərbələr endirib. Bu partlayışlar zamanı Qəzza Briqadası komandirinin müavini Əhməd Şimali öldürülüb. Şimali əməliyyatlar, hücum strategiyasının planlaşdırılması və 7 oktyabr 2023-cü il tarixində HƏMAS-ın döyüş əməliyyatına hazırlıq zamanı briqada qüvvələrinin formalaşdırılması, eləcə də müharibə zamanı Qəzza Briqadasının qüvvələrinin yerləşdirilməsinə cavabdeh olub.

“Şücaiyyə” batalyonunun komandiri Cəmil Vadiyanın da öldürüldüyü vurğulanır. Vadiya 2011-ci ilin aprelində 16 yaşlı oğlanın ölümü ilə nəticələnən məktəb avtobusuna tank əleyhinə raket hücumunda iştirak edib.

Tarix
2025.03.24 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla