Yuxarı

Yanukoviçin ailəsini aparan təyyarə Vyanadan geri qaytarıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaının hakim "Regionlar Partiyası"nın 14 deputatının istefası xəbəri də yayılıb.

Ukrayna prezidenti Viktor Yanukoviçin ailə üzvlərinin də olduğu təyyarə Vyana hava limanına qəbul olunmayıb və geri qaytarılıb. Xarici media qaynaqları da ad çəkmədən ümumi şəkildə məlumat yayıblar ki, Ukraynanın bir sıra vəzifəli şəxslərini və onların yaxınlarını daşıyan təyyarələr ayrı-ayrı Avropa ölkələrinin paytaxtlarına qəbul olunmayıblar. Onların bəzilərini isə hava limanında gözlədərək, daha sonra geriyə uçan təyyarələrə mindiriblər.
Musavat.com-a elektron poçtla Avropadakı (redaksiyanın yaxşı tanıdığı) qaynaqdan gələn xəbərdə iddia olunur ki, Yanukoviçin çarter reyslə Avstriyanın paytaxtı Vyanaya gələn bəzi ailə üzvləri də hava limanında saxlanıblar və geriyə, onların öz seçimi ilə Moskvaya uçan təyyarəyə otuzdurulublar. Məlumatı digər qaynaqlardan təsdiqlədə bilmədik.

Lakin 20 avqust tarixli xəbər gününün sonunda Ukrayna mediası məlumat yaymışdı ki, Yanukoviçin ailə üzvləri – böyük və kiçik oğullarının ailəsi olan iki təyyarə "Borispol" aeroportundan havalanıb. Bu barədə Ukrayna deputatı Oleq Lyaşko Facebook hesabında yazıb. O, əlavə edib ki, "Borispol" aeroportunun VİP terminalında hakim "Regionlar Partiyası"nın deputatları Saldo və Povaliy da olublar: "Xalqın qəzəbindən qaçırlar. Qoy, o zaman heç qayıtmasınlar".

Əlavə olaraq onu da qeyd edək ki, eyni qaynaq müsavat.com-a yazıb ki, hakim "Regionlar Partiyası"nın 14 üzvü istefa verib.

Tarix
2014.02.21 / 03:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla