Yuxarı

Trampın diqqətini İrəvana yönəltmək üçün... - Arakelyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın diqqətini İrəvana yönəltmək üçün... - Arakelyan

ABŞ Prezidenti Donald Tramp administrasiyası Cənubi Qafqaz regionuna üstünlük vermir. Vaşinqton bütünlüklə iki prioritet üzərində cəmlənib: birincisi Ukraynadakı münaqişənin həlli, ikincisi Yaxın Şərq.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Mədəniyyət və Elm Tərəfdaşlığının üzvü Kristin Arakelyan deyib.

"Öz növbəsində, Yaxın Şərqdə iki məsələ var: biri Qəzza və İordan çayının qərb sahili ilə, digəri isə İranla bağlıdır. Ermənistan mövcud prioritetlərə uyğunlaşmağa çalışmalı və onunla əməkdaşlığın ABŞ prioritetlərini irəli apara biləcəyini iddia etməlidir. Məsələn, Tramp administrasiyası indi İranla dialoq imkanları axtarır. Məlumat yayılıb ki, Putin ABŞ hökumətinə İranla danışıqlarda vasitəçilik təklif edib. İranla danışıqlar İsrailin təcavüzkar siyasətinə qarşı tarazlıq yaratmaq üçün vacibdir, çünki İsrail açıq-aşkar ABŞ-ı müharibəyə sürükləməyə çalışır. Sual olunur: niyə İranla danışıqlarda vasitəçi olmaq təklifi Ermənistanın özündən deyil, Rusiyadan gəlir?" - o bildirib.

Onun sözlərinə görə, İrəvan Rusiya və Çinlə münasibətlərdə ABŞ üçün əhəmiyyətini hələ də Vaşinqtona nümayiş etdirməyib:

"Tramp administrasiyası Kissincer strategiyasını həyata keçirməyə çalışır, ona görə də gəlin, tərs Kissincer strategiyasından başlayaq, yəni Çini zəiflətmək üçün Rusiyaya baxmaq.

Məsələ ondan ibarətdir ki, Ermənistan necə bunun mühüm tərkib hissəsinə çevrilə bilər. Hazırda Gürcüstanda həlledici rolu öz üzərinə götürən Çinə qarşı Azərbaycan və Türkiyə həmrəydir. Ona görə də Ermənistan bu məsələni həll etməli və Amerika administrasiyası ilə işləməlidir.

Məsələn, Konqo Demokratik Respublikası ABŞ-a nadir torpaq metalları ilə bağlı sazişi nəzərdən keçirməyi təklif edib. Bildiyimə görə, İrəvan ABŞ hökumətinə Zəngəzura diqqət yetirməyi və nadir faydalı qazıntıların çıxarılmasında əməkdaşlıq etməyi və ya Mərkəzi Asiyadan nadir mineralların Ermənistan ərazisindən keçməklə Avropa və Amerika bazarlarına çatdırılması imkanlarını nəzərdən keçirməyi təklif etməyib".

Tarix
2025.03.26 / 10:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

Sərvətimizi talayıb, torpağımızı bərbad ediblər - Əliyev

Ermənistana daha 16 vaqon yanacaq göndərilir

Bu rayonun Azərbaycana böyük töhfəsi olacaq

DTX-də Heydər Əliyevin 103 illiyi qeyd olundu

Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla