Yuxarı

Türkiyənin 4 kanalının yayımı dayandırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin 4 kanalının yayımı dayandırıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində SZC TV-nin “Nöqtə atışı”, Tele1-in “Sabah kompası” və “Xəbər 13”, Xalq TV-nin “Gündəm Özəl” və “Xəbərlər” və NOW TV-nin isə “Orta səhifə” proqramları yüksək məbləğdə cərimə edilməklə dayandırılıb, adıçəkilən kanalların yayımına isə 10 gün müddətinə qadağa qoyulub.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə RTÜK qərar qəbul edib.

Ağıllı TV-yə isə “Tele alış-veriş” proqramına görə sanksiya qoyulub.

Eyni zamanda jurnalist Fateh Altaylı ilə yutuber İlkər Canıklıgilin 900 mindən çox abunəçisi olan Flu TV Yutub kanallına da lisenziya almaları üçün 72 saat müddət verilib. Əks təqdirdə onların kanallarına giriş bloklanacaq.

RTÜK monitorinq mütəxəssisləri bu sanksiyalara səbəb kimi aparılan araşdırmalar nəticəsində adıçəkilən proqramlarda Prezident Rəcəb Tayyib Ərdoğanın ailəsinə və mərhum anasına yönəlmiş təhqirlərin canlı yayımlandığını, MHP lideri Dövlət Baxçalının səhhəti ilə bağlı sarkastik şərhlər edildiyini, həmçinin dövlət qurumları, hakim və prokurorların, təhlükəsizlik qüvvələrinin və hüquq-mühafizə orqanları əməkdaşlarının ünvanına təhqiramiz ifadələrin səsləndirildiyini əsas göstərərək, yayım qaydalarının pozulduğunu bildirib.

Tarix
2025.03.27 / 18:50
Müəllif
Aytac Araz
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla