Yuxarı

Suriyaya uçan nazirlərin təyyarəsi geri qayıtdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyaya uçan nazirlərin təyyarəsi geri qayıtdı

Almaniyanın daxili işlər naziri Nensi Fezer və avstriyalı həmkarı Gerhard Karnerin Suriyaya səfərləri təhlükəsizlik təhdidləri səbəbindən ləğv edilib.

Axar.az xəbər verir ki, nazir və nümayəndə heyətini İordaniyadan Dəməşqə aparmalı olan hərbi təyyarə geri qayıdıb.

Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü qərarın konkret terror təhdidləri ilə əlaqədar olduğunu bildirib.

Səfər çərçivəsində keçid hökumətinin iki naziri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNİSEF və Ümumdünya Ərzaq Proqramının nümayəndələri ilə görüşlər nəzərdə tutulurdu. Danışıqlarda qaçqınların geri qaytarılması və təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılırdı.

Suriyada təhlükəsizlik vəziyyətinin yenidən qiymətləndirilməsi Almaniyanın Dəməşqdəki səfirliyinin fəaliyyətinə də təsir edib. Səfirlik hələ məhdud rejimdə işlədiyindən konsulluq xidmətləri Beyrut vasitəsilə həyata keçirilir.

Tarix
2025.03.27 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla