Yuxarı

Trampın uzaq hədəfi: Kreml qarşısını almağa çalışır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın uzaq hədəfi: Kreml qarşısını almağa çalışır

Kreml Vaşinqtonla dialoqu genişləndirməyə və Ağ Ev administrasiyası ilə siyasi və iqtisadi sahədə razılaşmalar əldə etməyə çalışsa da, strateji tərəfdaşı Pekini də unutmur. Məsələ burasındadır ki, ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyini gizlətmir. Bu, Kremlin siyasətinə ziddir. Bu səbəbdən Kreml Vaşinqtonla apardığı danışıqlar barədə mütəmadi olaraq Pekini xəbərdar edir ki, Çin rəhbərliyində Rusiyanın siyasəti ilə bağlı heç bir şübhə yaranmasın.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Çin xarici işlər naziri Van Yi aprelin 1-də Moskvaya səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək:

“Yayılan xəbərlərdə nazirlərin görüşündə Ukrayna münaqişəsinin həlli yollarının müzakirəsi göstərilib. Bunun özü də Moskva ilə Vaşinqton arasındakı dialoqa aiddir. Çünki Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıyla məşğul olan əsas vasitəçi dövlət Amerika Birləşmiş Ştatlarıdır. Kreml Pekini Vaşinqtonla aparılan danışıqlardakı detallar barədə məlumatlandırmaq istəyir. Fevral ayının sonunda Rusiya Prezidenti Vladimir Putin çinli həmkarı Si Szinpinlə telefon söhbətində Ukrayna mövzusunu geniş müzakirə etmişdi. Bu söhbətdən sonra Szinpin Moskvanı Pekinin yaxın dostu adlandırmışdı. “Biz bir-birimizin inkişafına dəstək veririk” deyən Si Moskva ilə Vaşinqton arasındakı dialoqa dəstəklədiyini bildirmişdi.

Buna baxmayaraq, Pekin rusların ata sözlərində olduğu kimi, Moskva ilə münasibətlərdə “inan, ancaq yoxla” prinsipindən çıxış edir. Tramp Rusiyanı oyundankənar vəziyyətə salıb Çinlə mübarizəni davam etdirmək istəyir. Pekin Trampın bu planından narahatdır. Aprel ayının əvvəlində ABŞ-ın Çinə qarşı yeni sanksiyaları işə düşəcək. Ağ Ev administrasiyası Rusiyaya qarşı isə əksinə, sanksiyaları yumşaltmağa çalışır. Rusiya və ABŞ diplomatlarının Səudiyyə Ərəbistanında apardıqları danışıqların mərkəzində məhz sanksiyaların tədricən yumşaldılması dayanır”.

Tarix
2025.03.28 / 22:13
Müəllif
Aytac Araz
Digər xəbərlər

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla