Yuxarı

Britaniya miqrasiya siyasətini sərtləşdirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya miqrasiya siyasətini sərtləşdirir

Böyük Britaniya hökuməti miqrasiya sistemindən sui-istifadənin qarşısını almaq məqsədilə yeni sərt tədbirlərə start verir.

Axar.az xəbər verir ki, bu çərçivədə gözəllik salonları, avtoyuma məntəqələri, tikinti sahələri və restoranlar əsas hədəf olacaq.

Yeni qaydalara əsasən, qeyri-qanuni miqrantları işlədən biznes sahibləri hər bir işçi üçün 60 min funt sterlinq cərimə ilə üzləşə bilər. Bundan əlavə, şirkət direktorlarının fəaliyyətləri dayandırıla, hətta beş ilə qədər həbs cəzası verilə bilər.

Daxili işlər naziri İvet Kuper bildirib ki, qeyri-qanuni işləməyə göz yummaq, əslində, insan alveri ilə məşğul olan qəddar şəbəkələrin işinə yarayır: “Onlar insanlara dolu və təhlükəli qayıqlarda Britaniyaya gəlməklə iş və yaxşı həyat vəd edirlər. Bu yalanlara son qoymalıyıq”, - nazir bildirib.

Yeni tədbirlərin yaxın həftələrdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Tarix
2025.03.30 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla