Yuxarı

Sülhməramlılar Qarabağda uğursuz oldu, Ukraynada isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülhməramlılar Qarabağda uğursuz oldu, Ukraynada isə...

Tarix çoxdan sübut edib ki, bu cür missiyalar (sülhməramlılar - red.) faydasız ola bilər. Xarici qüvvələr çox vaxt hərbi münaqişələrin qarşısını ala bilməyiblər və bəzi hallarda özləri də hədəfə çevriliblər.

Axar.az xəbər verir ki, bunu amerikalı hərbi müşahidəçi və jurnalist Maykl Pek "Biznes İnsayder"də dərc olunan məqaləsində Avropanın Ukraynaya sülhməramlı göndərmək niyyəti ətrafında müzakirələrə münasibət bildirərkən qeyd edib.

Pek xatırladıb ki, Rusiya sülhməramlıları Bosniyada NATO qoşunları ilə yanaşı xidmət edib, həmçinin Qarabağda Ermənistan və Azərbaycan arasında uğursuz bufer rolunu oynayıb:

"Bundan əlavə, Afrika Birliyi də regional münaqişələrə sülhməramlı göndərib. Kasıb ölkələr üçün BMT-nin himayəsi altında öz əsgərlərini könüllü olaraq sülhməramlı kimi göndərmək gəlir mənbələrindən birinə çevrilib".

O vurğulayıb ki, Ukraynadakı Avropa sülhməramlıları sülhü və ölkəni qorumalıdır:

"Lakin onların təsirli olub-olmayacağını bilmək hələ də çətindir. BMT sülhməramlı qüvvələrin əsas prinsiplərini sadalayır: qərəzsizlik, müharibə edən tərəflərin razılığı və özünümüdafiə istisna olmaqla gücdən istifadə etməmək. Bu prinsiplərə heç də həmişə əməl olunmur".

Tarix
2025.03.31 / 09:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla