Yuxarı

Rusiyadan diplomatlarının qovulmasına sərt reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan diplomatlarının qovulmasına sərt reaksiya

Rusiya Kişinyovdakı səfirliyindən üç diplomatın qovulmasına adekvat sərt cavab verəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rusiyanın Kişinyovdakı səfirliyi 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına ciddi şəkildə uyğun olaraq fəaliyyət göstərir və Moldovanın daxili işlərinə qarışmır. Moldova rəhbərliyinin düşmənçilik hərəkətlərinə Rusiyanın adekvat cavabı olacaq”, - XİN rəsmisi vurğulayıb.

Zaxarova həmçinin deyib ki, rusiyalı diplomatların ölkədən çıxarılması əsassız qərardır və Kişinyovun antirusiya kursunun bir hissəsidir.

Qeyd edək ki, Moldova Xarici İşlər Nazirliyi Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerova səfirliyin bir neçə əməkdaşını arzuolunmaz şəxs elan edən nota verib.

Tarix
2025.03.31 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan 7 türkiyəli axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla