Yuxarı

Dünya milyarderləri bir gecədə 208 milyard dollar itirdilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya milyarderləri bir gecədə 208 milyard dollar itirdilər

ABŞ Prezidenti Donald Trampın bir sıra ölkəyə idxal rüsumları elan etməsindən sonra dünyanın ən zəngin insanları bir gündə 208 milyard dollar itirib.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Prezident Donald Trampın elan etdiyi tariflər qlobal bazarları kəskin şəkildə aşağı salması ilə yanaşı, dünyanın ən zəngin 500 adamının 208 milyard dollar itirməsinə səbəb olub. Ümumi sərvətin azalması Blumberq Milyarderlər İndeksinin 13 illik tarixində dördüncü ən böyük azalmadır və COVİD-19 pandemiyasından bəri ən böyük enişdir. "Meta"nın təsisçisi Mark Zukerberq "Meta" səhmlərinin 8,96% ucuzlaşmasından sonra 17,9 milyard dollar və ya sərvətinin təxminən 9%-ni itirib. "Amazon"un qurucusu Ceff Bezosun sərvəti bir gündə 15,9 milyard dollar azalıb. "Amazon" səhmləri cümə axşamı günü təxminən 9% ucuzlaşaraq 2022-ci ilin aprelindən bəri ən böyük enişə düşüb. İlon Mask da “Tesla”nın səhmlərinin 5,47% ucuzlaşması nəticəsində 11 milyard dollar itirib”, - məlumatda qeyd olunub.

Tarix
2025.04.04 / 12:22
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla