Yuxarı

Rusiya ordusunun sayını azaldacaqmı? - Budanov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ordusunun sayını azaldacaqmı? - Budanov

Rusiya Ukraynada başladığı müharibə başa çatdıqdan sonra öz qoşunlarının sayını əhəmiyyətli dərəcədə azaltmayacaq.

Axar.az xəbər verir ki, bu fikri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun fikrincə, bunun tamamilə məntiqli izahları var:

“İlk növbədə, bu qədər qoşuna onların strategiyasına görə ehtiyac var. Hazırda hərbi büdcənin təxminən 50 faizi hərbçilərə ödənilən müavinətlərə gedir. Bura döyüşçülərə əlavələr, müqavilə imzalamaq üçün birdəfəlik ödənişlər, müqavilənin sonuna qədər sağ qalarsa, son ödənişlər, yaralananlara və həlak olanlara görə kompensasiyalar və s. daxildir.

İkinci hissə sursat alışına, üçüncü isə texnikanın təmiri və xidmətinə xərclənir. Müharibə başa çatanda bu ödənişlər də bitir, problemlər aradan qalxır və böyük bir büdcə sərbəst qalır. Buna görə də qoşunların sayında azalma olmayacaq”.

Tarix
2025.04.06 / 02:42
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla