Yuxarı

Berkut işçisi rus snayperlərini ifşa etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berkut işçisi rus snayperlərini ifşa etdi

Ukraynaya Rusiya xüsusi təyinatlılarının göndərilməsi bağlı məlumatı daxili qoşunların zabiti verib.

"Axar.az" xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Mətbuat məlumatın "odnoklasnik.ru" sosial şəbəkəsində yerləşdirildiyini yazıb.

Məlumatın mətnini təqdim edirik:

"Maydan üçün təcili informasiya!

Bəlkə də mövzuya uyğun yazmıram. Smartfondan yazıram və demək olar ki, tam nəzarət altındayam. Mən daxili qoşunların zabitiyəm. Adımı hamının anladığı səbəblər ucbatından yazmayacam. Dünən Alfa qrupunun (Rusiyanın məşhur xüsusi təyinatlıları – red.) xüsusi snayper qrupu gəlib. Ləhcələrindən rus olduqları görünür.

Ukrayna mehmanxanlarında yerləşiblər. Danışıqlarında daima Parubiy soyadı işlənir.

Görünür, öz hədəfləri haqqında danışırlar. Sonra bağlı qapılar arxasında hansısa şəxslərin gizli görüşləri oldu. Biz onlara müxtəlif qida və hərbi yeşiklərdə olan vasitələr gətiririk. Mərtəbələrdən biri tamamilə bağlıdır və yalnız icazəsi olan şəxslər içəri girə bilər. Çox güman ki, xüsusi təyinatlılar orada gizlənib və bəlkə qərargahlarıdır. Maydana mehmanxanadan görünüş əladır. Snayper məntəqələri mehmanxananın damında yerləşdirilib. Maydandakı insanlar arasında informasiyanı yayın".

Qeyd edək ki, bir müddət öncə Ukraynaya Rusiya və Belarusiyadan xüsusi təyinatlı dəstələrin gəlməsi haqqında informasiya yayılmışdı.

Tarix
2014.02.21 / 16:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla