Yuxarı

Almaniyanın bu qərarının heç bir mənası yoxdur - Qalın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyanın bu qərarının heç bir mənası yoxdur - Qalın

Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Almaniya Bundestaqının erməni iddialarına dair qərarı haqqında bəyanat verib.

Axar.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Keniya səfərində müşayiət edən Qalın Bundestaqın "erməni soyqırımı"nı tanımasının heç bir hüquqi əsas olmadığını və tarixi həqiqətlərə zidd olduğunu bildirib.

Qalın qərarı "siyasi məsuliyyətsizlik nümunəsi" olaraq qiymətləndirib:

"Türkiyə baxımından bu qərarın heç bir hökmü və mənası yoxdur. Bu qərarı ən şiddətli şəkildə pisləyirik".

Ərdoğanın 1915-ci il hadisələri ilə bağlı arxiv sənədlərə əsaslanaraq və tarixi həqiqətlərin işıqlandırılması üçün 2005-ci ildə ortaq tarix komissiyası qurulmasını dəvət etdiyini xatırladan Qalın bu günə qədər nə Ermənistandan, nə də "soyqırım" tezisini müdafiə edənlərdən çağırışa müsbət cavab verildiyini qeyd edib.

Qeyd edək ki, bu gün Almaniya Bundestaqında qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə qəbul edilib.

Tarix
2016.06.03 / 00:09
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla