Yuxarı

Rusiya ordusunun inkişafı ilə bağlı 4 ssenari

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ordusunun inkişafı ilə bağlı 4 ssenari

ABŞ-ın RAND "Corporation" analitik mərkəzi Rusiya ordusunun inkişafı ilə bağlı dörd mümkün ssenarini hesablayıb.

Axar.az xəbər verir ki, bu barədə “Defence Express” nəşri məlumat yayıb.

Qeyd olunur ki, bütün dörd ssenari orduda ya say, ya da keyfiyyət baxımından dəyişiklikləri nəzərdə tutur. Analitiklərin fikrincə, hansı yolun seçiləcəyi birbaşa müxtəlif amillərdən, o cümlədən Ukraynadakı müharibənin "siyasi tənzimlənməsinin" uğurundan asılı olacaq.

Birinci ssenariyə görə, Rusiya ordusu yenidən silahlanma proqramlarının inersiyalı inkişafı ilə üzləşəcək. Bu halda 2027-ci ildə Rusiya ordusunun sayı 1,5 milyon nəfərə çata bilər.

"İkinci ssenarini şərti olaraq “atom bombası və üçxətli tüfəng” adlandırmaq olar. Burada əsas diqqət zəif silahlanmış və kifayət qədər hazırlıqlı olmayan kütləvi quru qoşunlarına və sivil dünyaya psixoloji təzyiq vasitəsi kimi nüvə silahına yönəldiləcək. Bu ssenariyə əsasən, 2027-ci ilə qədər Rusiya hərbçilərinin sayı 1,5 milyondan 3 milyonadək arta bilər. Hərbi qulluqçuların hazırlanması geniş şəkildə trenajorların köməyi ilə həyata keçiriləcək, əsas zərbə vasitəsi isə dronlar olacaq", – deyə jurnalistlər yazıb.

Üçüncü ssenari “hibrid” adlandırıla bilər. Bu halda Rusiya rəhbərliyi taktiki və strateji aviasiyaya, uzaqmənzilli raketlərə və şəxsi heyətin orduya cəlb olunmasında maksimum hibridləşdirməyə üstünlük verəcək. Bu ssenari Rusiya qoşunlarının NATO ilə birbaşa qarşıdurma halında “konvensional” silahlarla kritik infrastruktur obyektlərinə zərbələr endirə biləcəyini ehtiva edir.

Dördüncü ssenariyə əsasən isə Rusiya ordusu tamamilə "şəbəkə mərkəzli müharibə" (ilk dəfə ABŞ Müdafiə Nazirliyi tərəfindən tətbiq edilmiş hərbi doktrina – red.) konsepsiyası əsasında yenidən qurulacaq. Bu halda Rusiya rəhbərliyi tərəfdaş ölkələrdən texnologiya idxalına gedəcək.

Tarix
2025.04.12 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Tarixi Vaşinqton görüşündən bir il ötür

ABŞ-la 7,5 milyardlıq saziş: Azərbaycan nələr alacaq?

Anar Bayramov direktor müavinini işdən çıxartdı

“Məkkə sazişi”: Bu ölkələrə mesaj verildi

"Expressbank"ın kredit reytinqi növbəti dəfə təsdiqləndi

Məkkədə tarixi imza: Pul, PUA və atom bombası birləşir

Vaşinqton sazişi: Bakı dominant gücə çevrilir

Ermənistana 8 vaqon buğda, 10 vaqon daş kömür göndərilir

Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr...

Azərbaycanın notasından sonra - Gürcüstandan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla